Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.
Balakən rayonunda avtomobil yoldan çıxaraq aşıb.Bizim.Media xəbər verir ki, hadisə Katex körpüsündə baş verib.Baş Dövlət Yol polisi İdarəsi (BDYPİ) faktı təsdiqləyib.Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 14:00-da qeydə alınıb."Hadisə Yevlax-Zaqatala-Gürcüstan yolunun 135-ci km-də baş verib. "Mercedes" markalı, 10-RS-352 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Xəyal Ramiz oğlu Novruzlu idarəetməni itirməsi səbəbindən avtomobil yoldan çıxıb və aşıb.Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir. (Oxu.az)

Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.