AZ

® Mərkəzi Gömrük Hospitalının uşaq nevroloqu Türkiyədə 61-ci Milli Nevroloji Konqresdə iştirak edib

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin uşaq nevropatoloqu Mehriban Məmmədova Türkiyə Nevrologiya Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində keçirilən 61-ci Milli Nevroloji Konqresdə iştirak edib.

Müxtəlif ölkələrdən olan aparıcı mütəxəssislərin iştirak etdiyi beynəlxalq tədbirdə nevrologiya sahəsində ən son elmi yeniliklər, müasir diaqnostika və müalicə yanaşmaları müzakirə olunub. Konqres çərçivəsində uşaq nevrologiyası sahəsində aktual mövzular, klinik təcrübələr və innovativ yanaşmalar ətrafında geniş müzakirələr aparılıb.

Konqresin yekununda Mehriban Məmmədovaya 61-ci Milli Nevroloji Konqresdə iştirakına görə sertifikat təqdim olunub.

Seçilən
67
2
azertag.az

3Mənbələr