"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Bakı–Balakən–Bakı marşrutu üzrə biletlərə 10 % endirim tətbiq edib.
“İki sahil” bu barədə ADY-yə istinadla xəbər verir.
Məlumata görə, qış mövsümündə qüvvədə olacaq yeni tarifə əsasən, həftəiçi Bakıdan Balakənə və əks istiqamətə gediş haqqı 16,2 manatdan başlayır.