AZ

“Qardaşımın mənə nə bir manat xeyiri var, nə də…” – Razi Nurullayev bahalı toydan danışdı

Mən qardaşlarıma ağıl verəcək deyiləm ki. Onlara ağıl vermək bir fikrim də yoxdur. Qardaşım məndən yaşca böyükdür. Əgər mənim ağlım ondan yaxşı olsaydı, mənim də indi gözəl bir biznesim olardı.

Yenilik.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev “TV Müsavat”ın efirində aparıcı Sevinc Telmanqızının suallarını cavablandırarkən deyib. O bildirib ki, biznes işini bacarsaydı, əvvəlindən heç siyasətə də gəlməz, elə bizneslə məşğul olardı:
“Biznesim də olardı, qulağım da sakit olardı. Bir daha təbrik edirəm qardaşımı. Oğlu da fərasətli oğlandır. Özü qazanır. Dubayda toy da edə bilər, təyyarə də ala bilər. Bu onun öz işidir. Qardaşım, qardaşım oğlu tikintiylə məşğul olursa, bu o demək deyil ki, onlar tikinti maqnatıdı, oliqarxdı. İnanmıram ki, onların 3 mərtəbədən artıq nələrisə olsun. Bina tikməyiblər, mağazalar tikiblər. Qardaşımgil normal orta səviyyəli insandırlar. Böyük biznes sahibi deyillər. Araşdırsanız görərsiz ki, onların da banklara böyük kredit borcları var”.
Deputat qardaşları ilə arasının elə də yaxşı olmadığını da bildirib:
“Onu da bildirim ki, qardaşımın mənə nə bir manat xeyiri var, nə bir manat ziyanı. Hər kəs özü üçün qazanır. Əslində qardaşımla münasibətim də o qədər isti olmayıb. Mən həmişə sərt çıxışlar etmişəm, müxalifətdə olmuşam deyə onların mənə münasibəti yaxşı olmayıb. Onlar isə Heydər Əliyev fanatı olublar həmişə”.
Seçilən
17
yenilik.az

1Mənbələr