Kolumbiya prezidenti Qustavo Petro X sosial platformasında ölkəsi və ABŞ simvollarını əks etdirən foto paylaşıb.
Herbiand.az bildirir ki, foto ABŞ prezidenti Donald Trampla söhbətdən sonra yayımlanıb.
Şəkildə bir-birinə sıx durmuş yaquar və qartal təsvir olunub.
Kolumbiya prezidenti paylaşımında ABŞ-ı sülhə və qlobal demokratiyaya çağırıb. O, Trampa daha əvvəl göndərdiyi məktubu xatırladıb. Məktubda təmiz enerjiyə keçid ətrafında beynəlxalq ittifaqlar qurmağı təklif olunub. Petro ABŞ prezidentinə təbii sərvətlərə malik ölkələrə qarşı təzyiq və güc tədbirlərinin yalnız qlobal riskləri və iqlim böhranını daha da artırdığını bildirib.
Bəxtiyar CƏFƏRLİ