Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Qəzzaya göndərdiyi sülhməramlı qüvvələr İsrail üçün təhlükə yaratmayacaq.
Hafta.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O bildirib ki, Qəzzada təhlükəsizliyi təmin edəcək beynəlxalq sabitləşdirmə missiyası üçün qüvvələr artıq hazırlanıb və müvafiq təlimlər başlayıb:
“Türkiyənin belə bir qlobal sülhməramlı missiyada iştirak etməkdə məqsədi humanitar yardıma töhfə vermək və münaqişələrə son qoymaqdır. Sülhməramlı qüvvələrimiz İsrail üçün təhlükə yaratmayacaq”.