Şahmat tarixində ən çox mükafat qazanan şahmatçıların siyahısı açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə "Chess.com" məlumat yayıb.
Siyahıda azərbaycanlı qrossmeysterlər də yer alıb. Şəhriyar Məmmədyarov 1 milyon 781 min 988 dollar (2025-ci ildə 38 639), Teymur Rəcəbov isə 1 milyon 117 min 290 dollar (2025-ci ildə 6 275) mükafat qazanıb.
Ən çox qazanan isə Maqnus Karlsendir. Norveçli qrossmeyster indiyədək 12 milyon 232 min 249 dollar (2025-ci ildə 1 milyon 455 min 276) mükafat əldə edib. İkinci yerdə 9 milyon 551 min 844 dollarla Anand Vişvanatan, üçüncü pillədə isə 8 milyon 45 min 979 dollarla Harri Kasparov qərarlaşıb.