ABŞ Prezidenti Donald Tramp İsveçrədə persona non qrata elan edilməlidir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İsveçrənin Yaşıllar Partiyasının sədri Liza Mazzone deyib. Onun sözlərinə görə, Trampın Venesueladakı əməliyyatı beynəlxalq hüququn pozulmasıdır.
Liza Mazzone həmçinin təklif edib ki, Trampın yanvarın sonunda Davosda keçiriləcək Dünya İqtisadi Forumuna (WEF) dəvəti ləğv edilsin.
Onun fikrincə, Trampın Venesuelaya hücumu və prezidenti Nikolas Maduronun qaçırılması beynəlxalq hüququn təməlini pozub və buna görə də konfederasiya hakimiyyəti onu rəsmi olaraq Davos Forumunun iştirakçıları siyahısından çıxarmalıdır.
Siyasətçinin sözlərinə görə, konfederasiya İsveçrəyə təhlükəsizlik, sabitlik və rifah gətirən beynəlxalq hüququ məhv etmək istəyən bir şəxsə platforma verməməlidir.
Anar