AZ

Bakı Abadlıq abad edir, yoxsa viran qoyur? - Abşeron İcra hakimiyyəti qurumu günahlandırır VİDEO

[center]Bakı[/center]

Ötən gün Bizimesr.az-a daxil olan məlumatda qeyd olunurdu ki, Abşeron rayonunun Xırdalan şəhərində, “Kənd Xırdalan” kimi tanınan ərazidə yerləşən Səməd Vurğun və Mirqasımov küçələri artıq aylardır qaranlığa qərq olub.

Sözügedən küçələr 2021-2022 -ci illərdə dövlət büdcəsindən ayrılan vəsait hesabına abadlaşdırılıb, müasir işıq dirəkləri quraşdırılıb. Küçələrin işıqlandırılması sakinlərin rahatlığı və təhlükəsizliyi üçün nəzərdə tutulsa da, bu sevinc uzun çəkməyib.

Hazırda sözügedən küçələrdə aylardır işıqlar yanmır və insanlar bu küçələri qaranlıqda kedib-gəlmək məcburiyytindədirlər.

Məsələ ilə bağlı yaranmış problemin səbəblərini aydınlaşdırmaq üçün Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumun Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən rəsmi olaraq bildirildi ki, sözügedən ərazinin işıqlandırılması onların səlahiyyətində deyil. Bu işləri 2021-2023-ci ildə Bakı Abadlıq Xidməti MMC həyata keçirib və son günə kimi də işıqlandırmaya onlar cavabdehlik daşıyıblar, indi də onların səlahiyyətindədir.

Yəni, bu ərazidə görülən işlər, işıqlandırma və sair məsələlər hələ icra hakimiyyətinin balansına verilməyib. İcra hakimiyyətindən onu da bildirdilər ki, bu suallara cavabı Bakı Abadlıq Xidmətinin rəhbərliyi verməlidir.

Lakin qurumun göstərilən bir neçə nömrəsi ilə əlaqə saxamaq istəsək də, cəhdlərimiz boşa çıxdı. Telefonlar ya şəbəkə xidməti xaricindədir, ya da ümumiyyətlə, işləmir.

Görünür, Bakı Abadlıq Xidməti MMC-nin rəhbəri Bünyad Qasımov bu küçənin sakinlərini hələ çox qaranlıqda qoyacaq...

Bizimesr.az

Seçilən
52
yenisoz.az

1Mənbələr