Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir.

Leqal.info Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə əsasən, Azərbaycan benzininin satın alınması ilə bağlı ilkin bazar araşdırması aparılıb və bu fürsəti siyasi aksiyaya çevirməyəcək iş adamlarına təklif olunub.

Nəticədə, Azərbaycan tərəfi ilə əlaqəyə iki erməni şirkəti – “Ran Oil” və “Titan” çıxıb.

Paşinyan, eyni zamanda qeyd edib ki, ilk neft məhsulları tədarükü zamanı bəzi yanacaq doldurma stansiyaları Azərbaycan benzinini satmaqdan imtina edib.

Leqal.info