“Serj Sarkisyanın (Ermənistanın üçüncü prezidenti – red.) da getmək niyyəti yox idi, amma məcbur edildi.
Eyni şey Ktriç Nersisyana (Bütün Ermənilərin Katolikosu II Qaregin – red.) da aiddir. O, getməyə məcbur olacaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 8 yanvarda jurnalistlərlə söhbətində bildirib.
"Deyirlər ki, Ktriç Nersisyanın getmək niyyəti yoxdur. Biz elə edəcəyik ki, o, fikrini dəyişəcək. Heç kimin getmək niyyəti olmur", - deyə Paşinyan qeyd edib.
Paşinyan bunu ölkədə heç bir qarışıqlıq olmadan və "xristian tolerantlığı və sevgisi ilə" edəcəyini vurğulayıb.