AZ

Ətraf mühitə zərər verən gündəlik vərdişlər

Gündəlik həyatda fərqində olmadan edilən bəzi vərdişlər və istifadə olunan məhsullar ətraf mühitə ciddi ziyan vurur.


Pravda.az bildirir ki, bu cür davranışlardan uzaq durmaq təbiətin qorunması baxımından böyük əhəmiyyət daşıyır.


Plastik tərkibli diş məcunları suya qarışaraq dəniz canlılarına və ekosistemə zərər verir. Ehtiyacdan artıq cins şalvar almaq isə istehsal zamanı böyük həcmdə su sərf olunmasına səbəb olur.


Tək istifadəlik qəhvə kapsulları və yemək çubuqları tullantı miqdarını artıraraq təbii resursların tükənməsinə yol açır. Duru sabunlar və təkrar istifadə olunmayan ülgüclər də plastik tullantıların artmasına səbəb olan əsas amillər sırasındadır.


Elektron cihazların gözləmə rejimində saxlanılması enerji israfına və karbon emissiyasının artmasına gətirib çıxarır.


Parıltılı kosmetik məhsullar və istifadə olunmuş qablaşdırma materiallarının atılması isə mikroplastik çirklənməni artırır.


Həmçinin, istifadə olunmuş yağların lavaboya tökülməsi su mənbələrinin çirklənməsinə və kanalizasiya sistemində problemlərə səbəb olur.


Mütəxəssislər daha ekoloji, təkrar istifadə olunan məhsullara üstünlük verilməsini tövsiyə edirlər.


Əminə Bayramova 

Tarix: 8 Yanvar 2026, 14:23   
Seçilən
36
pravda.az

1Mənbələr