Abşeron rayonunda 2008-ci il təvəllüdlü Fateh qısqanclıq zəminində mübahisə zamanı Qədirə (adlar şərti verilib – red.) xəsarət yetirib.
,Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə ötən il fevralın 7-də Masazır qəsəbəsində baş verib.
Gəncə şəhər sakini Fateh həmin gün saat 22 radələrində tanışı Qədirin yaşadığı evin qarşısındakı küçəyə gəlib. O, “Tik-Tok” sosial şəbəkəsində bacısı Ramilə ilə Qədirin danışmasınından hiddətlənib.
Mübahisə zamanı bıçaqla onun döş qəfəsi nahiyəsinə dörd zərbə endirib.
İstintaq orqanı tərəfindən Fatehin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.