AZ

"Qarabağ"ın rəqibi Qrinvudu heyətinə qatmağa hazırlaşır - Bu qiymətə

"Olimpik Marsel"in hücumçusu Meyson Qrinvud karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "beİN Sports" yayıb. 

24 yaşlı futbolçunun xidmətində "Liverpul" maraqlıdır.

Mənbənin məlumatına görə, mersisaydlılar onu mövsümün sonunda komandadan ayrılacağı istisna olunmayan Məhəmməd Salahın mümkün əvəzləyicisi kimi hədəfə alıb. 

"Olimpik Marsel" hücumçusuna 80 milyon avro qiymət qoyub və bu məbləği ödəməyə hazır görünən "Liverpul" tezliklə danışıqlara başlamaq niyyətindədir.

Qrinvud bu mövsüm Liqa 1 komandasının forması ilə 10 matça çıxaraq 7 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

"Liverpul" "Qarabağ"la yanvarın 28-də üz-üzə gələcək. Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində baş tutacaq qarşılaşma "Enfild"də keçiriləcək.  

Seçilən
22
1
fanat.az

2Mənbələr