Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
İyulda “Varajdin”lə 3 illik müqavilə imzalayan Rüfət Abdullazadənin Xorvatiya səyahəti qısa sürdü – yarımmüdafiəçi “Zirə” ilə icarə müqaviləsi imzaladı.24 yaşlı vinger qəsəbə təmsilçisinin heyətində icarə əsasında oynayacaq. Belədə onun maaşının ödənilməsinin müxtəlif variantları var. Ya iki klub birliklə ödəniş edəcək, ya da biri bunu üzərinə götürəcək. Bizi düşündürən sualın cavabını “Zirə”nin mətbuat katibi Elmar Abdullazadədən öyrənmək istədik. O, müqavilənin maliyyə yönləri məxfi məsələ olduğuna nəsə deməkdən çətindi. Hərçənd biz burda hansısa məxfilik görmürük. Rüfətdən yüz dəfə güclü futbolçuların da icarə məsələləri ilə bağlı məqamlar vaxtaşırı dünya idman mediasında yer alır. Kəsəsi, icarə müqaviləsi bağlayan futbolçunun maaşını hansı qaydada ödəniləcəyini gizlətmək adamda yalnız gülüş doğurur.MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.