Müğənni Ofelya Şabanovanın açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, sənətçi bəzi qadınların ev heyvanlarına münasibətini tənqid edib. O bildirib ki, qadınlar pişik və itləri qucaqlarına alıb sevgi ilə sığallayaraq “gözəl pişiyim, itim var” deyirlər:
“Görürəm ki, qadınlar pişiyi qucaqlarına götürüb elə sevgi ilə sığallayırlar ki, adam heyrətə gəlir. Deyirəm, o pişiyə çəkdiyiniz sığalı ərinizə də çəkin. Bəzi xanımlar ərini heyvandan da aşağı dəyərləndirirlər”.