AZ

Boşanıb 282 milyon dolları böldülər

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hollivud ulduzu Nikol Kidman və Kit Urban rəsmi olaraq boşandıqdan sonra 282 milyon dollarlıq aktivlərini bölüşüblər.

BAKU.WS "Daily Mail"ə istinadən xəbər verir ki, aktrisa həyat yoldaşından ayrılsa da, aliment tələb etməyib. Nikolla keçmiş həyat yoldaşı övladları üçün alimenti özləri müəyyənləşdirəcəklər.

"Fikir ayrılıqları" səbəbindən ailə həyatının davam etdirilməsinin mümkün olmadığını bildirən cütlük əmlakın bölünməsi ilə bağlı bütün sənədlər imzalayıb. Daşınmaz əmlakdan və avtomobillərdən tutmuş məişət texnikasına qədər hər şey siyahıya alınıb. Bank hesabları, investisiyalar və incəsənət əşyaları da bərabər bölünür. Hər tərəf artıq sahib olduğu əşyanı saxlayacaq.

Rəsmi sənədlərə görə, aktrisa və musiqiçi ərinin hər biri ayda 100.000 dollardan çox qazanır və onların ümumi xalis sərvəti 282 milyon dollar olaraq qiymətləndirilir.

Nikol Kidman və Kit Urbanın boşanmasına böyük övladları İzabella və Konnor daha çox seviniblər. Aktrisa onları Tom Kruzla evli olarkən uşaq evindən övladlığa götürüb. İzabella və Konnor heç vaxt ögey atalarına qarşı narazılıqlarını gizlətməyiblər və iddia ediblər ki, onun pis vərdişləri Nikolun həyatını cəhənnəmə çevirib.

Urban bir vaxtlar spirtli içkilərə və qanunsuz maddələrə ciddi asılılıqdan əziyyət çəkirdi. O, sevgilisi üçün yeni bir həyata başlamağa söz vermişdi.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
baku.ws

1Mənbələr