AZ

Macarıstan Aİ Merkosur razılaşmasının əleyhinə səs verəcək

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Macarıstan sabah Avropa İttifaqı ölkələri arasında keçiriləcək səsvermədə Aİ-Merkosur azad ticarət razılaşmasının əleyhinə səs verəcək.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “X” hesabında məlumat verib.

Nazir bildirib ki, Aİ Komissiyası Cənubi Amerikadan gələn kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına limitsiz axını üçün çalışır və bu macarıstanlı fermerlərin qazancına mənfi təsir göstərəcək.

“Biz bu qərara qarşı çıxırıq. Brüssel yenə də bizim fermerlərimizin maraqlarını heçə sayır”,- Siyarto vurğulayıb.

Qeyd edək ki, Aİ-Merkosur ticarət müqaviləsi Cənubi Amerika ölkələrinin kənd təsərrüfatı məhsullarının Avropaya ixracı ilə bağlı razılaşmadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
sherg.az

2Mənbələr