AZ

Paşinyan güc strukturlarını təftiş edəcək

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən erməni mediasının məlumatına görə, monitorinqin nəticələrinə əsasən, kadrla bağlı qərarların, o cümlədən işdən çıxarılma və ya istefa barədə müraciətlərin olması istisna deyil.

“Hüquq-mühafizə orqanları baş nazirin gəlişinə fəal şəkildə hazırlaşır: onlar sənədləri toplayır və tabeliyindəki şəxslərdən hesabat və protokollar tələb edirlər ki, baş nazirin bütün suallarına cavab verməyə hazır olsunlar”, - xəbərdə vurğulanır.

Xatırladaq ki, hələ 2024-cü ilin noyabrında hökumətin iclasında Nikol Paşinyan hüquq-mühafizə orqanlarının işini kəskin tənqid edərək"ölkədə cinayətkarlığın səviyyəsindən narazı olduğunu və səbrinin tükəndiyini” bildirmişdi.

Həmin bəyanatdan az sonra Ermənistan Daxili İşlər nazirliyinin, İstintaq Komitəsinin, Dövlət Gəlirləri komitəsinin, Korrupsiyaya Qarşı Mübarizə komitəsinin rəhbərləri, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri, eləcə də Ali Məhkəmə Şurasının sədri istefa vermişdi.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
85
1
azvision.az

2Mənbələr