AZ

Tanınmış astroloqdan şok proqnoz: “Madurodan sonra...”

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, 2026-cı ilin ilk günləri beynəlxalq siyasətdə yeni və təhlükəli bir presedentin formalaşması ilə yadda qaldı. 

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ-nin xüsusi təyinatlı qüvvələri tərəfindən tutulması ilə bağlı yayılan xəbərlər beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaratdı. 

Belə ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Maduronu bu formada hədəfə alması “bənzər ssenarilərin” digər böyük güclər tərəfindən də tətbiq olunub-olunmayacağı sualını gündəmə gətirdi. 

Çünki ABŞ-nin bu addımı qlobal güc balansında dəyişikliklərin sürətləndiyini göstərməklə yanaşı, beynəlxalq hüquq, dövlət suverenliyi və liderlərin toxunulmazlığı məsələlərini ciddi şəkildə sual altına qoyur. 

Baş verənlərin fonunda 2026-cı ilin astroloji mənzərəsinə nəzər salsaq, astroloji baxımdan At ili qüvvətli, ehtiraslı və dəyişkən siyasi proseslərə, eləcə də güc balansında ciddi dəyişikliklərə işarə edir. 

Bəs 2026-cı ilin bu şəkildə başlaması digər ölkələrin taleyinə necə təsir göstərəcək? Maduronu bundan sonra hansı tale gözləyir? 

 “Cebheinfo.az”-a açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli bildirib ki, 2026-cı ilin ilk yarısında hər hansı bir prezidentin oğurlanması ehtimalı yoxdur:

“Bir çoxları bunun davamının da gələcəyini deyir. Ancaq belə bir proses olmayacaq. Ən azı ilin birinci yarısında hansısa prezidentin oğurlanması gözlənilmir. Doğrudur, At ilində siyasi dəyişikliklər kifayət qədər olur və yenə olacaq. Həmçinin, sui-qəsdlər də baş verə bilər, dövlət çevrilişləri də. Amma belə oğurlanma hadisəsi olmayacaq”. 

Astroloqun sözlərinə görə, Maduro ən azı 2026-cı ilin sonuna qədər ABŞ-də həbsdə qalacaq: 

“Maduronun taleyinə gəldikdə, bir çoxları etiraz edir, bəziləri aksiya keçirərək onun geri qaytarılmasını tələb edir. Bəzi dövlətlər də mütləq qaytarılmalı olduğunu bildirir. 

Ancaq qayıtmayacaq. Elə ABŞ-də həbsdə qalacaq. Ən azı, 2026-cı ili mən belə görürəm. Daha uzaq dövrü hələ hesablaya bilməmişəm. Əgər söhbət 2026-cı ildən gedirsə, ilin sonuna qədər onun qayıdışı gözlənilmir. Sonrasını da ilin sonunda bildirərəm”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Açar sözlər:

Maduro Səbuhi Rəhimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
1
cebheinfo.az

2Mənbələr