ain.az, Bizim media saytına istinadən bildirir.
Dünən İranda ümumxalq etirazlarının 11-ci gününə təsadüf edən 23 yaşadək futbolçular arasında Asiya çempionatında keçirilən İran – Cənubi Koreya oyunundan paylaşılan görüntülər diqqət çəkib.Bizim.Media xəbər verir ki, görüntülərdə İranın milli futbol komandası oyun öncəsi İslam Respublikasının himnini oxumayıb, oyunçular kədərli üz ifadələri ilə stadionda səslənən himni dinləyiblər.Oyun 0-0 hesabı ilə heç-heçə ilə başa çatıb.Qeyd edək ki, indiyə qədər İran Futbol Federasiyası müxtəlif səviyyəli milli komanda oyunçularını hərbi salam ilə birlikdə dövlət himnini oxumağa məcbur edirdi.
Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.