2025-ci ildə Azərbaycanda 83 kişi psixoloji və iqtisadi zorakılığa məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayıb.
Qeyd edilib ki, 2025-ci il ərzində məişət zorakılığı ilə əlaqədar komitəyə ümumilikdə 558 müraciət daxil olub.
Müraciətlərin 83-ü kişilərin, 539-u qadınların, 515-i isə uşaqların zorakılığa məruz qalması ilə bağlıdır.
Dövlət komitəsinə məişət zorakılığı ilə əlaqədar daxil olan müraciətlərdən 169-u psixoloji, 35-i iqtisadi, 343-ü fiziki, 11-i cinsi zorakılıqla əlaqədar olub. (Report.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta