AZ

İranda rejim dəyişikliyi üçün həlledici şərtlər tam formalaşmayıb

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İranda rejim dəyişikliyi üçün həlledici şərtlər hələ tam formalaşmayıb”.Bunu Newscenter.az-a AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov İranda baş verən etiraz aksiyalarını şərh edərkən səsləndirib. Onun sözlərinə görə, ən vacib amil ondan ibarətdir ki, hakim elitanın parçalanması müşahidə olunmur:“İnqilab Keşikçiləri Korpusu, polis və digər güc strukturları bəzi istisnalarla demək olar ki, vahid mövqedən çıxış edirlər. Bundan əlavə, etirazların vahid liderliyi, aydın siyasi proqramı və keçid dövrü üçün konkret alternativi yoxdur. Odur ki, hazırkı etirazların qısa müddətdə rejim dəyişikliyinə səbəb olması ehtimalı yüksək deyil”.Politoloq hesab edir ki, daha real ssenari sərt repressiyalarla aksiyaların müvəqqəti zəifləməsi və ya prosesin dalğavari şəkildə davam etməsidir:“Amma buna baxmayaraq bu etirazlar rejimi iqtisadi, siyasi və legitimlik baxımından zəiflədir ki, bu da uzunmüddətli perspektivdə dəyişiklik üçün zəmin yaradır. Yəni belə demək mümkünsə indi İranda baş verənlər hələlik rejimin sonu deyil, daha çox sona aparan yolda növbəti mərhələdir”.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
newscenter.az

2Mənbələr