"Pəhriz saxlamıram, ümumiyyətlə heç nə yemirəm. Gün ərzində südlü qəhvə içirəm, özü də şirin. Hətta gün ərzində bu 2–3 dəfə ola bilər. Bəzən də konfetlə çay içirəm. Sadəcə yemək sayılan yeməkləri yemirəm".
"Demək olar ki, yemirəm. İki-üç gün ərzində bəlkə bir dəfə yeyərəm. Şirniyyatı ümumiyyətlə ağzıma qoymuram. Özümü normal hiss edirəm. Aclıq hissi yoxdur. Zamanla dəyişir, gələcəkdə insanlar yeməklə məşğul olmayacaq. Yeməkdən imtina etmiş deyiləm, sadəcə bu mənə lazımdır. Səhnə üçün arıqlamalıyam. Hər tərəfdən yaxşıdır. Ac qalmaq sağlamlıqdır. Tərəziyə çıxmıram, baxmıram da. Üzümü qırxanda bilirəm ki, arıqlamışam, çünki kök olanda daha asan olur.
Artıq belə öyrəşmişəm. Əvvəl dadlı yemək olanda ürəyim istəyirdi. İndi bu hiss yoxdur".