Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat Şöbəsinin Məişət Zorakılığının Qarşısının Alınması Sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bu göstəricilər məişət zorakılığı hallarının daha çox fiziki və psixoloji zorakılıq formasında təzahür etdiyini göstərir:
"Statistikaya əsasən, müraciətlərin 343-ü fiziki, 169-u psixoloji, 35-i iqtisadi və 11-i isə cinsi zorakılıqla bağlı olub. Fiziki zorakılığa məruz qalanların əksəriyyəti uşaq və qadınlardır. Kişilərər fiziki zorakılıqla bağlı müraciət olmayıb. Zorakılığa məruz qalan kişilər əsasən psixi və iqtisadi zorakılıqla üzləşiblər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31