Musavat.com CNN-ə istinadən xəbər verir ki, son dövrlər klinikalara yüksək hərarət, boğazda yanma, baş və əzələ ağrıları, burun tutulması, axıntı və güclü halsızlıq şikayətləri ilə müraciət edənlərin sayında ciddi artım müşahidə olunur.
Mütəxəssislərin sözlərinə görə, bu mövsüm dünyada ən geniş yayılan qrip tipi məhz H3N2-dir və virus körpələrdən tutmuş yaşlılara qədər hər yaş qrupunda rast gəlinir. Xüsusilə immun sistemi zəif olan şəxslərdə xəstəlik daha ağır keçə bilər.
Mütəxəssislər sadə, lakin təsirli tədbirlərə əməl etməyi tövsiyə edirlər:
Əl gigiyenasına ciddi riayət edin - tez-tez sabunla yuyun, imkan olmadıqda antiseptikdən istifadə edin.
Sağlam və balanslı qidalanın - mövsüm meyvə-tərəvəzləri, zülal, kifayət qədər maye qəbul edin.
Yuxu rejimini qoruyun - keyfiyyətli və yetərli yuxu immunitet üçün vacibdir.
Xəstə insanlarla yaxın təmasdan qaçının.
Stresi idarə edin - stress immun sistemi zəiflədir.
Qapalı məkanları tez-tez havalandırın - bu, virusun yayılma riskini azaldır.
Həkimlər xəbərdarlıq edirlər ki, uzunmüddətli yüksək hərarət və ağır əlamətlər olduqda mütləq tibbi yardıma müraciət edilməlidir.