AZ

Çağırış edildi: Trampla birbaşa qarşıdurmaya hazır olun

Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya iddiaları ilə bağlı birbaşa qarşıdurmaya hazırlıq görməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə "Politico" avropalı diplomata istinadən məlumat yayıb.

Mənbə nəşrə bildirib ki, Trampla birbaşa qarşıdurmaya hazır olmalıyıq.

"O, aqressivdir və biz tam ayıq-sayıq olmalıyıq", - diplomat vurğulayıb.

Qeyd olunur ki, Aİ artıq Trampın Qrenlandiyanı ilhaq etmək istəyini ciddiyə alır və ABŞ prezidentini dayandırmaq üçün plan axtarır.

Seçilən
68
publika.az

1Mənbələr