AZ

Ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Olaylar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, təqsirləndirilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək səkkiz nəfərin 312 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirilib.

Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınan üç nəfər ifadə verib.

Növbəti prosesi digər zərərçəmişlərin ifadəsi ilə davam edəcək.

Qeyd edək ki, iş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Vətəndaşların şikayəti əsasında Bəşir Bəşirov saxlanılıb və istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
1
olaylar.az

2Mənbələr