AZ

Ötən il 106 mühafizə orderi verilib – RƏSMİ

2025-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) müraciəti əsasında 106 mühafizə orderi verilib.

KONKRET.az report-a istinadla xəbər verir ki, bu barədə Hüquqi təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova danışıb.

Onun sözlərinə görə, həmin mühafizə orderləri qısamüddətlidir.

Xatırladaq ki, Dövlət Komitəsinin müraciəti əsasında 2024-cü ildə 108 mühafizə orderi verilmişdi.

Seçilən
72
4
konkret.az

5Mənbələr