AZ

Prezident İlham Əliyev: Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq

Bakı. Trend:

Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiyagücünə malik ölkəsi olacaq.

Trend xəbər verir ki, Prezident İlham Əliyev busözləri Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmiaçılış mərasimində çıxışı zamanı bildirib.

"Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm busahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digərsahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərininyaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrəinvestisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycanşirkətlərini də.

Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu günölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Mən bu yaxınlarda buməsələ ilə bağlı geniş danışmışam. Sadəcə olaraq, onu bildirməliyəmki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlardünyanın aparıcı reytinq agentlikləri tərəfindən dəqiymətləndirilir. Təsadüfi deyil ki, bu gün bizim kreditreytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olanreytinq səviyyəsinə qaldırılıb", - deyə Prezident İlham Əliyevvurğulayıb.

Seçilən
139
2
az.trend.az

10Mənbələr