Aktual.az xəbər verir ki, bu barədə "Politiko” məlumat yayıb.
"Söhbət Ukrayna və Qrenlandiyanı əhatə edəcək paket razılaşmasından gedir. Mümkün ssenarilərdən biri "təhlükəsizlik qarşılığında təhlükəsizlik” razılaşmasıdır. Bu razılaşmaya əsasən, Avropa ABŞ-ın Qrenlandiyada genişləndirilmiş rolunun müqabilində Tramp administrasiyasından Ukrayna ilə bağlı daha güclü zəmanətlər alır”, - məlumatda deyilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ilhaq etmək niyyətini ifadə edib.