AZ

Bu fənn üzrə onlayn sınaq imtahanı KEÇİRİLƏCƏK

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisasların nəzəriyyə fənləri üzrə imtahanları ənənəvi olaraq test üsulu ilə təşkil olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

Qeyd olunur ki, abituriyentlər və subbakalavrlar əvvəlcə ixtisas imtahanlarında iştirak etməli və müsbət nəticə əldə etdikdən sonra nəzəriyyə fənləri üzrə imtahanlarda iştirak hüququ qazanacaqlar.

İştirakçıların imtahana daha keyfiyyətli hazırlaşmalarını təmin etmək məqsədilə musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio, musiqi ədəbiyyatı fənləri üzrə onlayn sınaq imtahanları otk.az saytında  yerləşdirilib. Abituriyentlər müvafiq keçidlərə (Azərbaycan bölməsi və rus bölməsi) daxil olaraq onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.

Saytda təqdim olunan onlayn sınaq imtahanlarında (Musiqi sənəti – №3) dörd imtahan növü yer alır:

Musiqi nəzəriyyəsi və solfecio – 30 sual

Harmoniya və solfecio – 30 sual

Musiqi ədəbiyyatı – 30 sual

Nəzəriyyə fənləri üzrə imtahan – 60 sual

Musiqi nəzəriyyəsi və solfecio, həmçinin harmoniya və solfecio fənləri üzrə 30 sualdan 25-i nəzəri bilikləri, 5-i isə eşitmənin təyinini yoxlayır. Musiqi ədəbiyyatı fənni üzrə sualların 20-si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığına, müxtəlif bədii üslub və dövrlərə, 10-u isə musiqi nümunələrinin təyin edilməsinə aiddir.

Nəzəriyyə fənləri üzrə 60 sualdan ibarət imtahanda isə:

20 sual musiqi nəzəriyyəsi və solfecio (5 dinləmə, 15 nəzəri),

20 sual harmoniya (5 dinləmə, 15 nəzəri),

20 sual musiqi ədəbiyyatı (8 dinləmə, 12 nəzəri) fənlərini əhatə edir.

Bildirilib ki, 20-ci komissiya istisna olmaqla, digər bütün komissiyalar üzrə imtahan fənləri ayrı-ayrılıqda təqdim olunur. Yalnız 20-ci komissiya üçün nəzəriyyə fənləri üzrə imtahan 60 sualdan ibarət birgə formada keçirilir.

Musiqi sənəti istiqaməti üzrə ixtisasların komissiyalar üzrə bölgüsü, qeydiyyat zamanı nəzərə alınan şərtlər və imtahanların siyahısı ilə buradan tanış ola bilərsiniz.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul şərtləri, qiymətləndirmə meyarları və imtahan proqramları isə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Musiqi sənəti” vəsaitində dərc ediləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
6
redaktor.az

7Mənbələr