İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Msport.az xəbər verir ki, 35 yaşlı futbolçu adıçəkilən ölkənin “Əl-İttifaq” klubu ilə 2,5 illik müqavilə imzalayacaq.
Hazırda “Əl-İttifaq” BƏƏ-nin ikinci divizionunda çıxış edir və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Balotellinin son iş yeri ölkəsinin “Cenoa” klubu olub. O, 2024/2025 mövsümündə bu kollektivin heyətində altı oyunda meydana çıxsa da, fərqlənə bilməyib və 2025-ci ilin yayında komandadan ayrılıb.
Qeyd edək ki, Mario Balotelli karyerası ərzində “İnter”, “Milan” (hər ikisi İtaliya), “Mançester Siti” və “Liverpul” (hər ikisi İngiltərə) kimi klublarda çıxış edib.