AZ

Əkrəm Bəydəmirli: "Prezidentin çıxışı dilin qorunması və ictimai nəzarət üçün önəmlidir”

Cənab Prezident gerçəkdən də yerli televiziyalara müsahibəsində çox zəruri məsələlərə toxundu: istər beynəlxalq münasibətlərlə bağlı, istərsə də ölkədə davam edən quruculuq prosesi ilə bağlı, həmçinin Qarabağda və Şərqi Zəngəzurda davam edən inşaat işləri ilə bağlı kifayət qədər dəqiq məqamları vurğuladı.

Bu sözləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a bildirib. Onun sözlərinə görə, həmçinin ictimai nəzarətlə bağlı çox zəruri mesajlar verdi, Azərbaycan dilinin saflığı ilə bağlı məsələlər də diqqətə çatdırıldı:

"Düşünürəm ki, dilin qorunması və mükəmməlliyi hər bir ziyalı, hər bir Azərbaycan vətəndaşını düşündürməlidir, çünki Azərbaycan dilinin saflığına təsir edən bir sıra amillər mövcuddur. Birincisi, çap olunan kitablar. Təəssüf ki, bir sıra kitablar redaktə olunmur, kollektiv redaktə işi isə demək olar ki, ləğv edilib. Bu gün çap mətbuatı demək olar ki, sıradan çıxıb və çox az hissəsi qalır. Çap olunan kitabların bir çoxunda ciddi səhvlər var ki, bu da dilə mənfi təsir göstərir".

 

Ardı var...

Seçilən
31
qht.az

1Mənbələr