AZ

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq

Bakı. Trend:

Təbii ki, Azərbaycan energetiklərinin əməyiniqiymətləndirməliyəm. Çünki son illər ərzində ölkəmizdə yenigenerasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həmməsuliyyətli bir prosesdir.

Trend xəbər verir ki, Prezident İlham Əliyev busözləri Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmiaçılış mərasimində çıxışı zamanı bildirib.

Prezident İlham Əliyev bildirib ki, bərpaolunan enerjinövlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsiböyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir:

"Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerjistansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq,əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksəksəviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalqəməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundansonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xariciinvestorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də buməsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə Günəşelektrik stansiyasının tikintisinə də başlanılmışdır.

Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda enerji sistemininmüasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzindəəsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Demək olar ki, son20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri,böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamiləyenilənmişdir".

Seçilən
120
5
az.trend.az

6Mənbələr