AZ

Maştağa-Zabrat yolunda niyə tez-tez qəzalar baş verir? - VİDEO

Maştağa-Zabrat yolunda niyə tez-tez qəzalar baş verir? - VİDEO

Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda ötən gün günorta saatlarında qeydə alınan bu qəza Zabrat istiqamətində qısamüddətli nəqliyyat sıxlığının yaranmasına səbəb olub.

AFN.az xəbər verir ki, eyni yolda bu ayın 3-də minik avtomobillərinin birinin idarəetməni itirib yol kənarına aşması və 6-da baş verən digər qəza səbəbindən yolda ləngimə yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin apardığı təhlillərə əsasən, sözügedən yolda son dövrlərdə, o cümlədən cari il artıq bir neçə dəfə qeydə alınan yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yol hərəkəti qaydalarına əməl etməmələri, yəni nəqliyyat vasitələrini sürətlə idarə etmələri və düzgün ara məsafəsi saxlamamaları ilə bağlıdır.

Qeyd olunanları nəzərə alaraq, sürücüləri daha məsuliyyətli olmağa və yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq.

Seçilən
65
14
afn.az

10Mənbələr