AZ

ABŞ Venesuelanın böyük neft ehtiyatlarını illər boyu çıxaracaq Tramp

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Venesuelanın neft ehtiyatlarından qiymətləri aşağı salmaq üçün istifadə etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp "New York Times" nəşrinə açıqlamasında danışıb.

Trampın sözlərinə görə, ABŞ Venesuelanı idarə edəcək və onun böyük neft ehtiyatlarını illər boyu çıxaracaq. Ölkənin müvəqqəti hökuməti bu məqsədlə onlara “lazım olan hər şeyi” təmin etməlidir.

"Biz bunu çox gəlirli bir şəkildə bərpa edəcəyik. Nefti istifadə edəcəyik və çıxaracağıq. Neft qiymətlərini aşağı salırıq və bunun əvəzində Venesuelaya onların ciddi ehtiyacı olan pul verəcəyik". - deyə dövlət başçısı vurğulayıb.

Tramp ABŞ-nin Venesuelanı nə qədər müddət idarə edəcəyini dəqiq deməyib, amma bu prosesin bir ildən çox davam edəcəyini istisna etməyib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
1
redaktor.az

2Mənbələr