AZ

Çin ABŞ-nin Rusiya ilə bağlı yeni sanksiyalarına qarşıçıxdı

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib ki, Pekin ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi qanunsuz və birtərəfli sanksiyalara etiraz edir.

Redaktor.az xəbər verir ki, Mao Nin TASS agentliyinə açıqlamasında vurğulayıb ki, belə sanksiyalar beynəlxalq hüququn prinsiplərinə ziddir və ölkələrarası münasibətlərdə gərginlik yaradır.

Çin hökuməti bu cür birtərəfli tədbirlərin qarşısının alınmasının vacib olduğunu bildirir.

Rəsmi nümayəndənin sözlərinə görə, Pekin bütün tərəfləri dialoq və əməkdaşlıq yolu ilə problemlərin həllinə çağırır.

Nuriyyə NATİQQIZI

Seçilən
95
redaktor.az

1Mənbələr