AZ

Cəbrayılda yanğın törədən şəxs tutuldu

Yanvar ayının 7-də Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan Manset.az-a bildirilib ki, araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Seçilən
98
42
manset.az

10Mənbələr