AZ

Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlar başlayacaq

Yazını böyüt
Yazını kiçilt

Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlar başlayacaq.

Hafta.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatında bildirilib.

Qeyd olunub ki, uçuşları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" şirkəti həyata keçirəcək.

"Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, hazırda BƏƏ-nin "Air Arabia Abu Dhabi" şirkəti gündəlik olaraq Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir.

Seçilən
61
2
hafta.az

9Mənbələr