ain.az bildirir, Modern.az saytına əsaslanaraq.
2025-ci il dekabrın 22-dən 2026-cı il yanvarın 7-dək cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər cəzadan azad olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azad olunub.
Ümumilikdə isə, Amnistiya Qərarı 3 846 məhkum barəsində tətbiq olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.