
Azərbaycan Beynəlxalq Bankı (ABB) Açıq Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlak hərraca çıxarılacaq.
Kommersant.az-ın məlumatına görə, hərrac 12 fevral 2026-cı il tarixində saat 10:00-da Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Satışa çıxarılacaq əmlak Xaçmaz şəhərində yerləşən qeyri-yaşayış binasıdır.
Ümumi sahəsi 472,1 kv.m olan əmlakın start qiyməti 471 min manat təşkil edir.
Hərracla bağlı daha ətraflı məlumatı təqdim edirik:
Sıra №
Əmlakın növü
Ünvanı
Daşınmaz əmlakın ümumi sahəsi (kv.m)
Torpaq sahəsinin ölçüsü(ha)
Start qiyməti (manatla)
10% beh (manatla)
1
Qeyri-yaşayış binası
Xaçmaz şəhəri, Hüseyn bəy Rəsulbəyov küçəsi, giriş 68
472.1
0.0314
471 000
47 100.00