Ermənistan İqtisadiyyat Nazirliyi bu gün Azərbaycandan neft məhsullarının növbəti partiyasının göndəriləcəyini təsdiqləyib.
Aznews.az xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan “Armenpress”in sorğusuna cavab olaraq, məlumatı təsdiqləyib.
Bununla belə, o, başqa heç bir təfərrüat açıqlamayıb.
Qeyd edək ki, 8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.