Vətəninfo.az xəbər verir ki, ABŞ-ı mülki şəxsləri öldürməkdə günahlandıran daxili işlər naziri Diosdado Kabello bildirib ki, Venesuelada ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində ən azı 100 nəfər həlak olub.
O bildirib ki, qurbanların sayı hələ də müəyyən edilir, lakin ən azı 100 nəfərin öldüyü və təxminən eyni sayda yaralı olduğu məlumdur. CNN Kabellodan sitat gətirib: “Qurbanlar arasında münaqişə ilə heç bir əlaqəsi olmayan insanlar var: mülki şəxslər, evlərində qadınlar. Onlar ölkəmizə atılan güclü bombaların qurbanı olublar”.
Daha əvvəl Karakasın müttəfiqi olan Kuba hökuməti ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat zamanı 32 vətəndaşının öldüyünü bildirmişdi. Havananın 5 yanvarda verdiyi açıqlamada ölənlərin hamısının Nikolas Maduronun təhlükəsizliyini təmin edən Kuba ordusunun və kəşfiyyat orqanlarının üzvləri olduğu bildirilir.