AZ

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan MDB ölkələrinə 1 milyard 627 milyon 224 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 67 milyon 866 min ABŞ dolları (4,4%) çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 5 milyard 157 milyon 118 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2024-cü ilin ilk 11 ayına nisbətdə 390 milyon 604 min dollar və ya 8,2% çoxdur. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 1,6 milyard ABŞ dolları, idxalının dəyəri isə 4,8 milyard ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
30
banco.az

1Mənbələr