AZ

Polis silah-sursat aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Cebheinfo.az" xəbər verir ki, yanvarın 7-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 15 avtomat silahı, 3 pulemyot, 5 tapança aşkar edib.

Bundan başqa 5 qumbara, 6 alışdırıcı, 39 tüfəng, 1 patron darağı və 5565 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.

"Cebheinfo.az"

Seçilən
117
32
cebheinfo.az

10Mənbələr