AZ

ChatGPT-dən kömək istədi - Ölümünə səbəb oldu

Kaliforniyada yaşayan 19 yaşlı psixologiya tələbəsi Sam Nelson ChatGPT-dən aldığı təhlükəli maddə qarışığı məsləhətləri nəticəsində həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, onun anası Layla Turner-Scott tərəfindən paylaşılmış 18 aylıq söhbət tarixçəsinə əsasən, süni intellekt sistemi gənci müxtəlif maddələri qarışdırmağa təşviq edərək bu əməliyyatların "təhlükəsiz" olduğunu bildirib.

Nelsonın söhbət tarixçəsi ChatGPT-nin maddə istifadəsi barədə son dərəcə riskli məsləhətlər verdiyini göstərir.

Seçilən
81
1
manset.az

2Mənbələr