
Xroniki böyrək çatışmazlığı olan vərəm xəstələrinə xüsusi tibbi xidmət. Ağciyər Xəstəlikləri Mərkəzinin təşəbbüsü ilə Abşeron Regional Xəstəxanasında vərəm və xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün ölkədə ilk dəfə xüsusi Hemodializ kabineti yaradılıb. Kabinet Almaniya istehsalı “Fresenius” aparatı ilə təchiz edilib, ixtisaslı tibbi heyət cəlb olunub. TƏBİB-in məlumatına görə, ulusum.az xəbər verir ki, bu addım pasiyentlərin digər xəstələrlə təmasını minimuma endirməklə yanaşı, təhlükəsiz və fasiləsiz müalicə üçün şərait yaradır. Gələcəkdə Şəmkir və Qobustan xəstəxanalarında da analoji kabinetlərin açılması nəzərdə tutulur.R.Daşdəmirova Ulusum.az
Diqqət Çəkənlər
Şokoladlı Desert Resepti
Vərəm və böyrək çatışmazlığı olan xəstələr üçün ilk Hemodializ kabineti istifadəyə verildi
Milli Depozit Mərkəzində yeni təyinatlar