AZ

Xırdalanda daha bir qanunsuz tikinti iddiası: SAKİNLƏR ABDİN FƏRZƏLİYEVDƏN NARAZIDIR



7news.az xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində daha bir qanunsuz tikili iddiası yayılıb. Bu barədə sakinlər redaksiyamıza videomaterial da təqdim ediblər. 

Videogörüntüləri təqdim edən sakinlər qeyd edirlər ki, yaşayış massivinin tam yanında qanunsuz inşa edilən tikili təhlükəsizlik, texniki və şəhərsalma tələblərini pozmuş, özbaşına, heç bir rəsmi sənəd olmadan icra edilir.

İddia doğrudursa o zaman maraqlı suallar yaranır. "Əgər tikili qanunsuzdursa necə icra edilir? İcra başçısı Abdin Fərzəliyev daş-daşın üstünə qoyan kimi nümayəndələrini dərhal göndərir. Bəs bu boyda tikilini gözü görmürmü? Yoxsa hansısa maraq qarşısında razılıq verib? Cənab Prezident son müsahibəsində məmur özbaşınalıqlarına ciddi şəkildə toxundu, atılan və atılacaq addımlar barədə danışdı. Bu danışılanlar, görünür, Abşerona aid deyil" deyə müraciətdə bildirilir.

Mövzunu diqqətdə saxlayacağıq.
 
 https://www.instagram.com/reel/DTPbhfljLKO/?igsh=MTF3dHgzOTc2b2VoOA==
 

Seçilən
16
7news.az

1Mənbələr