AZ

Süni intellekt reytinqi: Azərbaycan haradadır?

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Süni intellekt artıq yalnız texnoloji trend deyil, ölkələrin iqtisadi gücünü, idarəetmə keyfiyyətini və qlobal rəqabət qabiliyyətini müəyyən edən əsas strateji amillərdən birinə çevrilib.

Bu yeni mərhələdə əsas sual “kim süni intellekti istifadə edir?” deyil, “kim buna nə dərəcədə hazırdır?” sualıdır.

Məhz buna görə də beynəlxalq təşkilatların hazırladığı AI reytinqləri ölkələrin gələcək inkişaf trayektoriyasını oxumaq üçün vacib göstərici rolunu oynayır.

Bu barədə Gununsesi.info-ya Osman Gündüz fikirlərini bölüşüb.

O bildirib ki, dünyada ölkələrinin süni intellekt üzrə hazırlıq və imkanlarını ölçən əsas beynəlxalq reytinqlər sırasında Oxford Insights, Stanford AI Index, IMF-in rəqəmsal hazırlıq indikatorları xüsusi yer tutur.

Belə ki, “Oxford Insights”in Government AI Readiness Index 2025-ci ilin reytinqini açıqlayıb.

Bu reytinqi ölkələri 4 əsas istiqamət üzrə qiymətləndirir:

Policy & Governance – strategiyalar, hüquqi və institusional çərçivə

Data & AI Infrastructure – data idarəçiliyi, hesablama gücü

Public Sector Adoption – dövlət sektorunda süni intellektin real tətbiqi

Human Capital & Innovation – insan kapitalı, innovasiya və ekosistem

2025-ci il hesabatına əsasən, Azərbaycan 111-ci yerdən 70-ci yerə yüksələrək, bir il ərzində qlobal miqyasda ən sürətli irəliləyiş göstərən ölkə olub.

Bu nəticə təbii ki, süni intellekt strategiyasının qəbulu, dövlət tərəfindən süni intellektlə əlaqəli iki Superkompüter Mərkəzinin qurulması və dövlət sektorunda koordinasiyanın güclənməsi ilə bağlıdır.

Bu reytinqdə Özbəkistan və Qazaxıstanın xeyli önə çıxması, NVİDİA ilə ciddi işbirliyi olan Ermənistanın isə xeyli geridə olması diqqət cəlb edəndir.

Reytinqdən görsənir ki , Azərbaycanın ən güclü tərəfləri hüquqi və institusional çərçivənin formalaşmasıyla bağlıdır.

Ən zəif tərəflər isə kadr hazırlığı, tədqiqat və genişmiqyaslı innovasiya proqramlarının və tətbiqlərin hələ yetərli səviyyədə olmamasıdır.

Reytinqdəki bəzi ölkələr üzrə mövcud sıralamanı təqdim edirəm :

ABŞ – 1-ci yer

Böyük Britaniya – 2-ci yer

Ukrayna – 40-cı yer

Rusiya – 47-ci yer

Türkiyə – 48-ci yer

Qazaxıstan – 60-cı yer

Özbəkistan – 62-ci yer

Azərbaycan – 70-ci yer

Gürcüstan – 84-cü yer

Ermənistan – 108-ci yer

Qırğızıstan – 116-ci yer

Belarus – 121-ci yer

Görünən budur ki, Azərbaycanın mövqeyinin daha da yüksəlməsi üçün süni intellekt üzrə kütləvi kadr hazırlığına, süni intellektin dövlət xidmətlərində və biznesdə kütləvi tətbiqinə, akademik mühitdə tədqiqatların aparılmasına diqqəti artırmaq lazımdır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
124
50
icma.az

10Mənbələr